MƏDƏNİYYƏT


İndoneziya mətbuatında Azərbaycanın Lənkəran rayonundan bəhs edən məqalə dərc olunmuşdur

Lənkəran, 3 aprel (AZƏRTAC). İndoneziyanın nüfuzlu mətbuat orqanlarından olan “Medan” qəzetində Cənub Regional Televiziyasının “Xəbər xətti” informasiya proqramının əməkdaşı Eyyub Məmmədovun “Azərbaycanın cənub rayonu Lənkəran inkişaf mərhələsində” sərlövhəli məqaləsi dərc olunmuşdur.

AZƏRTAC xəbər verir ki, məqalədə Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, sosial-iqtisadi inkişafı, mədəni həyatı, turizm imkanları və iqtisadi potensialı barədə ətraflı məlumat verilmişdir.

Analitik yazıda qeyd olunmuşdur ki, Azərbaycanın cənubunda, İran İslam Respublikası ilə sərhəddə yerləşən Lənkəran rayonunda SSRİ dövründə bölgənin ən böyük sənaye müəssisələri fəaliyyət göstərmişdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra rayonda tikinti və abadlıq işləri geniş vüsət almışdır.

Yazıda diqqətə çatdırılır ki, hazırda Lənkəran özünün inkişaf dövrünü yaşayır. Burada hava limanı, dövlət dram teatrı, regional televiziya, universitet, kolleclər, futbol komandası, 80-dən çox orta məktəb, gənclər mərkəzi fəaliyyət göstərir.

Məqalədə, həmçinin Cənub Regional Televiziyasının fəaliyyətindən söhbət açılaraq qeyd olunur ki, televiziyanın yayımı cənub bölgəsi ilə yanaşı, ətraf rayonları da əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.