DÜNYA


İndoneziya müxalifəti Konstitusiya məhkəməsinin prezident seçkiləri ilə bağlı istənilən qərarı ilə razılaşacaq

Tokio, 26 iyun, AZƏRTAC

İndoneziya müxalifətinin nümayəndələri vəd ediblər ki, aprelin 17-də keçirilmiş prezident seçkiləri ilə bağlı Konstitusiya məhkəməsinin qəbul edəcəyi istənilən qərarla razılaşacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə müxalifətin namizədi Prabovo Subiantonun seçki qərargahı rəhbərinin müavini Mardani Sera jurnalistlərə bildirib.

Xatırladaq ki, müxalifət İndoneziyanın ali məhkəmə orqanına müraciət edərək hazırkı Prezident Coko Vidodonun 11 faiz üstünlüklə qələbə qazandığı seçkilərin nəticələrinə yenidən baxmağı tələb edib.

Məhkəmənin məsələ ilə əlaqədar qərarının iyunun 27-də, planlaşdırıldığından bir sutka əvvəl elan ediləcəyi gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.