DÜNYA


İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ olub

Tokio, 19 fevral, AZƏRTAC

İndoneziyanın Yava adasının cənubunda 5,7 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 19-da Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri ölkənin ikinci ən böyük şəhəri olan Surabayadan 288 kilometr cənubda, ocağı 40 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.