DÜNYA


İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub

Tokio, 14 may, AZƏRTAC

Mayın 14-də İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Fövqəladə Vəziyyətlərə Nəzarət Agentliyi məlumat yayıb.

Yerli vaxtla 13:33 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Qərbi Niasa əyalətindən 141 kilometr cənub-qərbdə, ocağı 19 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.