Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İndoneziya saytı Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi barədə analitik məqalə yayıb

İndoneziya saytı Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi barədə analitik məqalə yayıb

Tokio, 28 noyabr, AZƏRTAC

İndoneziyanın “goodnewsfromindonesia.id” saytı cari ilin sentyabr-noyabr aylarında Azərbaycan və Ermənistan arasında baş vermiş müharibənin dərslərinə həsr olunan analitik məqalə yayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Əhyari Hanantonun müəllifi olduğu “Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsinin dörd mühüm dərsi” adlı analitik məqalədə Qafqazın iki ölkəsi arasında sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş 44 günlük müharibə barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, müharibə beynəlxalq səviyyədə Azərbaycan ərazisi hesab edilən və ötən əsrin 90-cı illərində Ermənistan ordusu tərəfindən işğal olunan Dağlıq Qarabağ regionu və ətraf rayonların azad olunması uğrunda aparılıb.

Müəllif vurğulayır ki, bu qısa müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb və müharibənin əvvəlindən bu dəfə də qalib gələcəyinə inanan Ermənistanın alçaldıcı məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan Ordusunun cəbhədə endirdiyi sarsıdıcı zərbələr və qazandığı böyük uğurlar Ermənistanı noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə təklif edilən məğlubiyyət bəyanatını imzalamağa və dekabrın 1-dək işğal etdiyi bütün torpaqlardan qoşunlarını çıxarmağa məcbur edib.

Məqalədə qeyd edilir ki, müharibənin nəticəsi Azərbaycanda böyük sevinclə, Ermənistanda isə etiraz nümayişləri və iğtişaşlarla qarşılandı. Müəllif vurğulayır ki, heç bir erməni bu müharibəni belə qısa müddətdə, çoxlu sayda canlı qüvvə və texnikanın məhv edilməsi ilə başa çatacağına inana bilmir. Qeyd edir ki, bu qısa və dağıdıcı müharibə Ermənistanda ciddi qarşıdurma və parçalanmaya, Azərbaycanda isə əksinə hökumətin əhali tərəfindən tam dəstəklənməsinə, cəmiyyətdə sıx birliyə və həmrəyliyə səbəb oldu.

Ə.Hanonto bildirir ki, bu müharibə, eyni zamanda, bütün dünyaya adi silahlarla aparılan müharibələr dövrünün artıq başa çatdığını göstərdi. Azərbaycanın bu real və inandırıcı qələbəsi bütün dünyanın hərbi analitikləri üçün gələcək döyüşlər barədə qısa hərbi dərsə çevrildi. Dünya döyüş meydanında baş verənləri sosial şəbəkələr vasitəsilə izləyərək Türkiyənin “Bayraktar TB2” dronları tərəfindən milyonlarla dəyəri olan zenit-raket qurğularının məhv edilməsinin şahidi oldu.

Məqalədə Azərbaycan rəhbərliyinin ölkədə apardığı böyük ordu quruculuğu, müasir hərbi avadanlıq istehsal edən müdafiə sənayesinin yaradılması ilə yanaşı, İsrail, Türkiyə və Rusiya istehsalı olan pilotsuz uçan aparatları (PUA) və dronları alması barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, bu gün Azərbaycan Ordusu həm ölkənin öz istehsalı, həm də İsrail, Türkiyə və Rusiya istehsalı olan yüzlərlə növ drona malikdir. PUA-ların Öyrənilməsi Üzrə Mərkəzə istinadla bildirilir ki, hazırda Azərbaycanın cəbbəxanasında “Israel Aerospace Industries” şirkətinin istehsalı olan “Harpy” və “Harop”, “Aeronautics Group” şirkətinin hazırladığı “1K Orbiter” kimi dronlar var. Bununla yanaşı, Azərbaycan “Hermes”, “Heron” və “SkyStriker” kimi dronlara da malikdir.

Son müharibənin təhlilini aparan müəllif onun dərsləri arasında ilkin olaraq, quru qoşunlarının dronların qarşısını almaq üçün lazımi texniki vasitələrlə təmin edilməsinin zəruriliyini irəli sürür. Qeyd edir ki, məhz bu vasitələrə malik olmayan Ermənistan ordusu böyük və sarsıdıcı məğlubiyyətə uğradı.

Müəllifin qənaətinə görə ikinci dərs quru qoşunlarının PUA-lar sistemi ilə inteqrasiyasının təşkili məhz gələcək müharibələrin əsas tələblərindən birinə çevriləcək. Bu sahədə Türkiyə və Rusiyanın Suriyada aparılan əməliyyatlar zamanı böyük təcrübə qazandığı xüsusi qeyd edilir. Vurğulanır ki, Azərbaycan Ordusu da məhz bu təcrübədən faydalanaraq, dronlarla yerdən atəş sistemi arasında əlaqə kompleksini yarada bilib.

Bu müharibənin növbəti dərsi kimi müəllif dronların düşmənin hava hücumundan müdafiə (HHM) sistemlərinin məhv olunmasında rolunu göstərir. Qeyd edir ki, məhz “Bayraktar TB2” Suriya və Liviyada Rusiya istehsalı olan “Pansir” sistemlərini sıradan çıxarılmasında mühüm rol oynayıb. Bildirir ki, Azərbaycan hərbçiləri də PUA-lardan səmərəli şəkildə istifadə edərək Ermənistanın HHM sistemlərini sıradan çıxarıb.

Azərbaycan və Ermənistan arasında baş vermiş müharibənin son dərsi kimi müəllif dronlar dövrünün başlaması ilə yanaşı, hərbi deostrateji hesablamaların hələ də əhəmiyyətini itirmədiyini göstərir. Qeyd edir ki, Azərbaycanın texnoloji üstünlüyü onun hərbi gücünü nümayiş etdirsə də, hücum kampaniyası zamanı azad edilmiş ərazilərin təmizlənməsi və müdafiəsi üçün əvvəllər olduğu kimi, adi konsepsiyalardan və sursatdan istifadə edilməlidir. Bunu Azərbaycan Ordusunun PUA-lar vasitəsilə erməniləri sıxışdırması ilə yanaşı, bütün cəbhəboyu digər birgə qüvvələrdən istifadə təcrübəsi də təsdiq edir.

Müzəffər Azərbaycan Ordusunun qısa müharibə zamanı digər uğurlarına da diqqəti cəlb edən müəllif İndoneziyanı da bu təcrübədən faydalanmağa çağırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub