DÜNYA


İndoneziya: təyyarə qəzasında ölənlərin cəsədlərinin bəzi fraqmentləri aşkarlanıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Xilasedicilər Yava adası sahillərində qəzaya uğramış İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737” təyyarəsinin göyərtəsində olan sərnişinlərin cəsədlərinin fraqmentlərini aşkarlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı Yava dənizində aparılır. Meteorologiya, iqlim və geofizika agentliyinin məlumatına görə, qəza rayonunda sakit və aydın hava şəraiti müşahidə edilir.

“Lion Air” aviakompaniyasının icraçı direktoru Edvard Siraitin sözlərinə görə, qəzaya uğrayan təyyarədə bundan əvvəlki uçuş zamanı nasazlıq aşkarlanmış və aradan qaldırılmışdı. Kompaniya həmin modeldən olan daha 11 təyyarəyə malikdir və onların uçuşları davam edəcək.

Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsi hələlik qəzanın səbəblərinin məlum olmadığını bildirib. Mütəxəssislərin məlumatına əsasən, qəzaya uğrayan “Boeing 737” təyyarəsi 2019-cu ilin avqustunadək uçuşa yararlı hesab edilirdi.

Xatırladaq ki, Cakartadan Sumatra adasına uçan “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsi bu gün yerli vaxtla 6:33-də Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.