DÜNYA


İndoneziyada 100-dən çox məhbus həbsxanadan qaçıb

Bakı, 30 noyabr, AZƏRTAC

İndoneziyanın Sumatra adasında yerləşən Açex əyalətində azı 113 dustaq həbsxanadan qaçıb.

AZƏRTAC xəbər verir ki, Sinxua informasiya agentliyinin Ədliyyə və İnsan Hüquqları Nazirliyinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, insident noyabrın 29-da qeydə alınıb. Həbsxanada baş verən qiyam zamanı dustaqlar pəncərədəki barmaqlığı qıraraq qaçıblar.

Hazırda hüquq-mühafizə orqanları həbsxanadan qaçan məhbuslardan dördünü yaxalamağa müvəffəq olub, digər dustaqların axtarışı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.