DÜNYA


İndoneziyada 30-dan çox məhbus həbsxanadan qaçıb

Tokio, 11 may, AZƏRTAC

İndoneziyanın Sumatra adasında yerləşən Siak Sri İndrapura şəhərindəki həbsxanadan ən azı 34 məhbus qaçıb.

AZƏRTAC Antara agentliyinə istinadla xəbər verir ki, məhbuslar həbsxananı qiyamdan sonra tərk ediblər.

Həbsxanada qiyam polis narkotik maddədən istifadə edən məhbuslardan birini saxladıqdan sonra başlayıb. Məhbuslar əvvəlcə həbsxanada yanğın törədib, sonra isə təhlükəsizlik xidmətinin əməkdaşlarını daşa basıblar. Bundan sonra 34 məhbus həbsxanadan qaçıb.

Yanğın söndürüldükdən sonra məhbuslar təxliyə edilib. Polis qaçan məhbusların axtarışını davam etdirir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.