DÜNYA


İndoneziyada 5,4 bal gücündə zəlzələ olub

Bakı, 5 yanvar, AZƏRTAC

İndoneziya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) yaydığı məlumata istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 10:55-də qeydə alınıb. Yeraltı təkanların episentri Ternate adasından 180 kilometr cənubda, ocağı 40 kilometr dərinlikdə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.