DÜNYA


İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib

Bakı, 11 mart, AZƏRTAC 

İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, təbii hadisə Sumatra adasının şimalındakı Açe əyalətində qeydə alınıb. İndoneziya Meteorologiya, İqlim və Geofizika İdarəsinin məlumatına görə yeraltı təkanlar 19 kilometr dərinlikdə baş verib. Sunami xəbərdarlığı elan edilməyib. Zəlzələnin fəsadları barədə hələ ki, məlumat yoxdur.

Xatırladaq ki, 2004-cü il dekabrın 26-da İndoneziyada baş verən 9,1 bal gücündə zəlzələdən sonra meydana gələn sunami nəticəsində 230 mindən çox insan həyatını itirmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.