DÜNYA


İndoneziyada 5,8 bal gücündə zəlzələ olub

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 28-də Yeni Qvineya adasının İndoneziya hissəsində 5,8 bal gücündə zəlzələ olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:03-də qeydə alınıb. Zəlzələnin episentri İndoneziyanın Qərbi Papua Manokvari əyalətinin administrativ mərkəzindən 70 kilometr cənubda, ocağı isə yer səthindən 55,6 kilometr dərinlikdə yerləşib.

Hələlik mümkün dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, dekabrın 22-də axşam saatlarında İndoneziya sahilləri qəfil sunaminin təsirinə məruz qalıb. Son məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 429 nəfərə çatıb, 150-dən çox insan itkin düşüb, təxminən 1400 nəfər isə xəsarət alıb. Həmçinin 16 min yerli sakin təhlükəli ərazilərdən təxliyə edilib.

Mütəxəssislərin fikrincə, sunamiyə vulkanik aktivlik nəticəsində yaranmış sualtı sürüşmələr səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.