DÜNYA
İndoneziyada COVID-19 koronavirusuna yoluxanların sayı 2738 nəfərə çatıb
Tokio, 7 aprel, AZƏRTAC
Aprelin 7-də İndoneziyada COVID-19 koronavirusuna yoluxanların sayı 2738 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, İndoneziya Səhiyyə Nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası idarəsinin rəhbəri Əhməd Yurianto koronavirusdan ölənlərin sayının isə 221 nəfərə çatdığını bildirib.
Əlavə olaraq qeyd edilir ki, ölkə üzrə həmin virusa yoluxan 209 nəfər sağalaraq xəstəxanaları tərk edib.
Xatırladaq ki, COVID-19 koronavirusunun yayılması ilə əlaqədar Prezident Coko Vidodo martın sonlarında ölkədə səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio