MƏDƏNİYYƏT


İndoneziyada İçərişəhərə həsr olunan poçt markası buraxılıb

Cakarta, 22 iyun, AZƏRTAC

İndoneziyada İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb.

AZƏRTAC xəbər verir ki, poçt markası Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il fevral 27-də imzaladığı “İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında” Sərəncamı çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən nəşr edilib.

Poçt markasının üzərində “UNESCO-nun Ümumdünya İrsi - İçərişəhər – Bakının mirvarisi” (The Old City (Icheri Sheher – The Pearl of Baku. World Heritage Site by UNESCO) yazısı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan görüntüsü təsvir olunub.

Səfirliklə “İndoneziya Poçt Dövlət Şirkəti” arasında əldə olunmuş razılığa əsasən, həmin marka iyun ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.