DÜNYA


İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində 95 nəfər təxliyə olunub

İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində 95 nəfər təxliyə olunub

Tokio, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanı püskürüb.

AZƏRTAC xəbər verir ki, İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə İdarəsinin məlumatında vulkanın püskürdüyü kül kütləsinin 1,5 kilometr hündürlüyədək qalxdığı qeyd olunur.

Vulkana 5 kilometrdən artıq yaxınlaşmaq qadağan edilib. Püskürmə nəticəsində dəyən zərər barədə hələlik məlumat verilmir. Lakin vulkanın yaratdığı təhlükə dərəcəsi 3-dən 4-ə qaldırılıb. Vulkanın 19 kilometr radiusunda yerləşən əhaliyə açıq havada fəaliyyət göstərmək qadağan edilib. Həmçinin vulkanın yerləşdiyi Şərqi yava əyalətindən 95 nəfərin təxliyə olunduğu qeyd edilir.

Yaponiya Meteorologiya Agentliyi öz süni peykləri vasitəsilə sunami təhlükəsini araşdırdığı barədə məlumatlar yayıb.

Xatırladaq ki, Semeru vulkanı sonuncu dəfə dörd il bundan əvvəl, dekabrın 4-də püskürüb. Həmin vaxt təbii fəlakət nəticəsində 50 nəfər həyatını itirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.