Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə İndoneziyada anım tədbiri keçirilib

Cakarta, 8 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycanın İndoneziyadakı səfirliyində yerli KİV nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, İndoneziyanın mətbuat nümayəndələrini səfirlikdə salamlamaqdan məmnun olduğunu söyləyən səfir Cəlal Mirzəyev 10 may tarixinin Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Həmin günün ulu öndər Heydər Əliyevin anadan olduğu gün kimi tariximizə və xalqımızın yaddaşına yazıldığını bildirib. Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzolunmaz xidmətlərini vurğulayan səfir Ümummilli Liderin fitri istedada malik olduğunu, uzaqgörən müdrik siyasəti ilə ölkəmizin inkişafına verdiyi töhfələrdən bəhs edib. Müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin, həmçinin 1969-1982-ci illərdə, keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın rəhbəri olarkən gördüyü böyük quruculuq işləri barədə də ətraflı məlumat verib. Ümummilli Liderimizin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi bürosunda ilk və yeganə müsəlman rəhbər olduğunu xatırladan səfir Ulu Öndərin həmin illərdə Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin qorunmasında xüsusi əməyinin olduğunu söyləyib. Azərbaycan gənclərinin təhsilinə xüsusi diqqətlə yanaşan Heydər Əliyevin XX əsrin 70-ci illərində hər il iki min nəfərə qədər gənci müxtəlif ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərində yerləşən ali təhsil müəssisələrinə göndərməsi, müxtəlif maneələrə baxmayaraq, həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi açması, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması və bu kimi digər nəcib, Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış addımlar atması barədə ətraflı danışıb.

Dövlət müstəqilliyimizin bərpası istiqamətində ilk addımların məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldığına diqqət çəkən diplomat Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin çıxarıldığını, üçrəngli dövlət bayrağımızın ilk dəfə məhz Naxçıvanda dövlət bayrağımız kimi qəbul olunduğunu, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edildiyini, 20 Yanvar faciəsinə siyasi qiymət verildiyini, muxtar respublikadan sovet qoşunlarının çıxarıldığını qeyd edib.

Ulu Öndərin əsasını qoyduğu strategiyanın bu gün onun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. Müasir Azərbaycanın bünövrəsinin Ulu Öndər tərəfindən “Əsrin müqaviləsi” ilə qoyulduğunu, bu gün yeni layihələrlə daha da inkişaf etdirildiyini, Azərbaycanın qazandığı uğurların Prezident İlham Əliyevin əzmkar, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində əldə edildiyini bildirib. Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq 2020-ci ilin payızında böyük Zəfərə imza atdığını, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan çıxarılması ilə bağlı BMT-nin məlum qətnamələrinə uyğun şəkildə reallaşdırdığını və torpaqlarımızın azad edildiyini vurğulayıb. Münaqişə və onun tarixi, İkinci Qarabağ müharibəsi başlayanadək Ermənistan tərəfindən Azərbaycan sərhədində törədilən təxribatlar barədə məlumat verib. Dünya media nümayəndələrinin, siyasətçilərin, deputatların, beynəlxalq təşkilatların təmsilçilərinin işğaldan azad olunan torpaqlarımızda ermənilər tərəfindən törədilmiş mədəni, ekoloji qətliamlarla canlı şahidləri olduğunu söyləyib. Eyni zamanda, vaxtilə Ermənistanın işğalı altında olan ərazilərimizin ermənilər tərəfindən minalandığını, onların təmizlənməsi üçün bütün çağırışlara baxmayaraq, Ermənistan dövlətinin həmin ərazilərin xəritəsini təqdim etmədiyini bildirib. Qeyd edib ki, həmin ərazilər bir çox mülki Azərbaycan vətəndaşı ilə yanaşı, hərbçilərimizin də həyatına son qoyub və ya onları əlil edib.

C.Mirzəyev, həmçinin İkinci Qarabağ müharibəsi zamanı İndoneziyanın ölkəmizin haqlı mübarizəsinə istər beynəlxalq təşkilatlar, istərsə də ikitərəfli əsasda dəstək verdiyini, həmrəylik nümayiş etdirdiyini məmnunluqla xatırladıb. İndoneziyanın Azərbaycana yeni təyin olunan səfiri H.Həmidin etimadnaməsini təqdim edərkən ölkələrimiz arasında münasibətlərə yüksək siyasi qiymət verdiyini, Azərbaycanın azad olunmuş torpaqlarında həyata keçirilən yenidənqurma işlərinə indoneziyalı investorları da dəvət etdiyini deyib.

Tədbirdə Pobi İravan (Warta Pena News), Rifa Berliana Arifin (Miraj Xəbər Agentliyi), Fergi Nadira (“Respublika” qəzeti), Desy Selviani (Wartakota onlayn xəbər portalı), Fina Nadilah (CNN TV-nin İndoneziya bürosu), Kani Dwiharyani (Tv One), Haris Sunandar (Gpriorty internet xəbər portalı), Nur Habibie (merdeka.com xəbər portalı), Retno Mandasari (Radio Republic of İndonesia) kimi indoneziyalı tanınmış jurnalistlər iştirak ediblər.

Mərasimin rəsmi hissəsindən sonra Cakartada yerləşən “Platoran” restoranında mətbuat nümayəndələri üçün müsəlmanların müqəddəs ayı olan Ramazan münasibətilə iftar süfrəsi açılıb, Ulu Öndərin ruhuna dualar oxunub, xatirəsi yad edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib