DÜNYA


İndoneziyada avtobus qəzası nəticəsində azı 13 nəfər ölüb

Bakı, 16 may, AZƏRTAC

İndoneziyanın Yava adasında avtobusun qəzaya uğraması nəticəsində ən azı 13 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC “Bisnis Indonesia” qəzetinə istinadla xəbər verir ki, qəza zamanı Cokyakarta şəhərindən Surabayu yaşayış məntəqəsinə gedən avtobusda 25 sərnişin olub. Şahidlər avtobusun yol nişanına dəyərək aşdığını deyirlər.

Polis qəzanın sürücünün diqqətsizliyi səbəbindən baş verdiyini ehtimal edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.