DÜNYA


İndoneziyada baş verən zəlzələ nəticəsində ölən və yaralananlar var

Tokio, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də yerli vaxtla gecə saat 2:28-də İndoneziyanın Sumatra adasının şimalında baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.

AZƏRTAC İndoneziya Meteorologiya və Geofizika Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri 80 minə yaxın əhalisi olan Sibolqa şəhərindən 37 kilometr şimalda, ocağı 10 kilometr dərinlikdə yerləşib. Bir neçə şəhərdə hiss edilən güclü təkanlar nəticəsində insanlar evlərini tərk etməyə məcbur olublar. Bəzi yerlərdə evlərin dağıldığı da qeyd edilir.

İlk təkandan sonra sunami xəbərdarlığı elan edilməsə də, ümumilikdə 53 afterşok qeydə alınıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.