MƏDƏNİYYƏT


İndoneziyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü münasibətilə poçt markası buraxılıb

Cakarta, 17 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin 880 iliyi münasibətilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi çərçivəsində ölkəmizin Cakartadakı səfirliyinin təşəbbüsü ilə poçt markası nəşr edilib.

AZƏRTAC xəbər verir ki, “İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən buraxılan poçt markasının üzərində İndoneziya dilində “Nizami Gəncəvi ili 2021- Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi-880 / 1141-1290” yazısı, həmçinin şairin Gəncədə yerləşən məqbərəsinin və Bakıdakı Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin şəkilləri yer alıb.

“İndoneziya Poçt Dövlət Şirkəti” ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, həmin marka may ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb. Poçt markası ölkənin filatelistləri tərəfindən böyük maraqla qarşılanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.