DÜNYA


İndoneziyada daşqınlar nəticəsində 63 nəfər həlak olub

Tokio, 17 mart, AZƏRTAC

İndoneziyanın şərqində yerləşən Papua əyalətində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə axtarış-xilasetmə xidmətinin nümayəndələri məlumat yayıb. Əvvəllər 40 nəfərin həlak olduğu, 21 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Qeyd edilir ki, daşqınlar Cayapura rayonuna da çatıb. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Martın 16-da güclü yağışlar əyalətin şimal-şərq hissəsini ağuşuna alıb. Nəticədə ondan artıq evin, iki körpünün dağılması barədə məlumat yayılıb. Hazırda evləri dağılan 120 sakinin hökumət binalarına köçürüldüyü bildirilir. Hazırda su çəkilsə də, axtarış-xilasetmə komandası daşqınlardan zəzərçəkən bütün rayonlara çata bilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.