DÜNYA


İndoneziyada gəmi qəzası: itkin düşənlərin sayı 180 nəfərə çatıb

Bakı, 20 iyun, AZƏRTAC

İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən Toba gölündə dünən baş vermiş gəmi qəzası nəticəsində azı 2 nəfər həlak olub, 180 nəfər isə itkin düşüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yerli hökumət orqanlarının dəqiqləşdirilmiş məlumatına əsasən, gəminin batması ilə nəticələnən hadisədən sonra 18 nəfəri xilas etmək mümkün olub. Axtarış-xilasetmə əməliyyatlarında 350 nəfərə yaxın insan iştirak edir. Qəza zamanı gəmidə neçə sərnişin olduğu dəqiq bilinmir. Güclü dalğa axtarış-xilasetmə işlərini çətinləşdirir.

Sönmüş vulkanın kraterində yerləşən Toba dünyanın vulkanik mənşəli ən böyük gölüdür. Uzunluğu 87 kilometr, eni 27 kilometr olan, maksimal dərinliyi 505 metrə çatan göl turistlər arasında çox populyardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.