DÜNYA


İndoneziyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 14-ə çatıb

Tokio, 30 iyul, AZƏRTAC

İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 500-ə yaxın turist dağlıq ərazidə çətin vəziyyətdə qalıb. Hazırda hökumət orqanları onların xilas edilməsi üçün müvafiq tədbirlər görür.

Xatırladaq ki, iyulun 29-da Lombok adasında baş verən zəlzələ çoxsaylı dağıntılara səbəb olub. Turistlər arasında populyarlığı ilə seçilən ada məşhur Bali adasının şərqində yerləşir.

İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinin yaydığı məlumata görə, zəlzələ nəticəsində 162 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.