DÜNYA


İndoneziyada koronavirusa yoluxanların sayı 22 mini keçib

Tokio, 25 may, AZƏRTAC

İndoneziyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 526 nəfər artaraq 22 min 271 nəfərə çatıb. Bununla yanaşı, İndoneziya üzrə koronavirusa yoluxmuş xəstələr arasında sağalanların sayının da artdığı bildirilir. Nazirlikdən verilən məlumata görə, belə xəstələrin sayı 153 nəfər artaraq 5402-yə çatıb. Həmin dövrdə daha 21 nəfərin vəfat etdiyi qeyd edilir. Bununla da ölkə üzrə koronavirusdan ölənlərin ümumi sayı 1372 nəfər təşkil edib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.