DÜNYA


İndoneziyada koronavirusa yoluxanların sayı 75 min nəfəri ötüb

Tokio, 12 iyul, AZƏRTAC

İyulun 12-nə olan məlumata görə, İndoneziyada koronavirusa yoluxanların sayı 75 min nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, son sutka ərzində İndoneziyada 1681 koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 75 min 699 nəfər olub.

Bu virus nəticəsində yaranan sətəlcəmdən həyatını itirənlərin sayı da 71 nəfər artaraq 3606 nəfərə çatıb. Epidemiyadan sağalanların sayı isə 35 min 638 nəfərdir.

Yerli mətbuatın yaydığı son məlumatlara görə, virusun yayıldığı məkanlardan biri Qərbi Yava əyalətində yerləşən hərbi akademiya olduğu bildirilir. Burada 1300-dən çox kursantın virusa yoluxduğu qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.