DÜNYA


İndoneziyada prezidentliyə namizədlər arasında Coko Vidodonun reytinqi yüksəkdir

Tokio, 14 aprel, AZƏRTAC 

Aprelin 17-də İndoneziyada keçiriləcək prezident seçkiləri ərəfəsində aparılan rəy sorğusunun nəticələrinə görə hazırkı dövlət başçısı Coko Vidodo rəqibi, keçmiş hərbçi Prabovo Subianto ilə müqayisədə öndədir. Lakin rəqiblər arasındakı fərq sürətlə azalır.

AZƏRTAC xəbər verir ki, hər iki namizəd arasında sonuncu teledebat aprelin 13-də keçirilib.

Debatlarda əsas mövzu ölkə iqtisadiyyatının inkişafı və yoxsulluqla mübarizə olub.

Hakimiyyətdə olduğu dövrdə ölkədə infrastrukturun inkişafı istiqamətində uğurların qazanıldığını qeyd edən Coko Vidodo qarşıda duran vəzifələrin həlli istiqamətində bundan sonra da var gücü ilə çalışacağını bildirib.

Dövlət başçısını ölkədə sənaye istehsalının azalmasına görə tənqid edən Prabovo Subianto bu sahədə həyata keçirilən siyasətdə dəyişikliklər olunacağını vəd edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.