DÜNYA


İndoneziyada qəzaya uğrayan təyyarədə maliyyə nazirliyinin 20 məmuru olub

Bakı, 29 oktyabr, AZƏRTAC

Bu gün səhər saatlarında İndoneziyada qəzaya uğrayan “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin sərnişinləri arasında maliyyə nazirliyinin 20 məmuru da olub. Nazirlikdən faktı təsdiqləyiblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sərnişinlərin yaxınları aeroporta toplaşıblar. Son məlumata görə, qəzadan sağ qurtaran yoxdur, təyyarənin göyərtəsindəki 181 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.

Hazırda dənizin 30-35 metr dərinliyində axtarışlar aparılır. Hadisə yerinə hərbi gəmilər və dalğıclar göndərilib.

Xatırladaq ki, Cakartadan Sumatra adasına uçan “Boeing 737 MAX” təyyarəsi bu gün yerli vaxtla 6:33-də Yava adasının qərbində qəzaya uğrayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.