DÜNYA


İndoneziyada seçki komissiyalarının 500-dək üzvü səslərin hesablanmasından sonra ölüb

Tokio, 13 may, AZƏRTAC

İndoneziyada keçirilən seçkilərlə bağlı səsvermənin nəticələrinin hesablanmasından sonra seçki komissiyalarının 500-dək üzvü ölüb. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, komissiya üzvlərinin ölümünə səbəb insult və ya infarkt keçirmələri olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “ The Strait Times” qəzeti məlumat yayıb.

Əvvəllər İndoneziya seçki komissiyalarının yüzlərlə üzvünün seçkilərdən sonra səsvermənin nəticələrini hesablayarkən öldüyü, təxminən 2500 nəfərin isə xəstəxanalara yerləşdirildiyi bildirilmişdi.

Nazirliyin yaydığı məlumata görə, seçkilərdən sonra bütün ölkə üzrə 496 əməkdaş ölüb ki, onların əksəriyyəti - təxminən 131 nəfəri Qərbi Yava əyalətindəndir. Mərkəzi Seçki Komissiyası isə ölənlərin çoxunun 50-70 yaş arasında olduğunu bildirib.

Səhiyyə Nazirliyinin rəsmilərinin bildirdiyinə görə, həmin şəxslər təbii səbəblərə görə ölüblər və bundan təxribat üçün istifadə olunmamalıdır.

Xatırladaq ki, aprelin 21-də İndoneziyada keçirilən ümumi seçkilərdə prezident, vitse-prezident, milli və regional parlamentlərin deputatları, həmçinin şəhər və rayon bələdiyyələrinin üzvləri seçiliblər. İlkin məlumatlara görə, səsvermədə seçicilərin 80 faizi iştirak edib. Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələrin mayın 22-də elan edəcəyi gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.