DÜNYA


İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Bakı, 29 oktyabr, AZƏRTAC

İndoneziyanın Yava adası sahillərində "Lion Air" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, qəza bazar ertəsi səhər saatlarında baş verib.

Göyərtəsində heyət üzvləri ilə birgə 189 nəfərin olduğu təyyarə paytaxt Cakartadan Pankalpinanq şəhəri istiqamətində uçduqdan 13 dəqiqə sonra radarlardan itib. Sonradan təyyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub.

Təyyarənin qəzaya uğradığı yer müəyyənləşdirilib.

Sərnişinlərin və heyət üzvlərinin taleyi haqqında hələlik məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.