DÜNYA


İndoneziyada stadionda iğtişaşlar nəticəsində azı 127 nəfər həlak olub

Bakı, 2 oktyabr, AZƏRTAC

İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb, 180 nəfər isə yaralanıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyunundan sonra başlayıb.

Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdihama səbəb olub. Ölənlər arasında iki polis əməkdaşı da var.

Yaralıların bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.