DÜNYA
İndoneziyada təyyarə qəzası nəticəsində səkkiz nəfər həlak olub
Tokio, 12 avqust, AZƏRTAC
İndoneziyanın şərqində kiçik sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub.
AZƏRTAC İndoneziya Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bir gün əvvəl təyyarənin Papua əyaləti üzərində radarlardan itməsi barədə məlumat yayılıb. Təyyarənin göyərtəsində iki heyət üzvü və yeddi sərnişin, o cümlədən bir uşaq olub.
PAC750 modelinə məxsus kiçik təyyarə bazar günü səhər saatlarında Papua əyalətinin Oksibil dairəsində aşkar edilib.
İndoneziya Nəqliyyat Nazirliyinin nümayəndəsi Bambanq Ervan bildirib ki, təyyarə avqustun 12-də səhər aşkar edilib, göyərtədəkilərdən səkkizi həlak olub, biri isə sağdır.
Hazırda dairənin axtarış-xilasetmə idarəsi həlak olanların cəsədlərinin təxliyəsini həyata keçirir. Təyyarənin qəzaya uğraması səbəbləri araşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]