DÜNYA


İndoneziyada torpaq sürüşməsi nəticəsində yeddi nəfər həlak olub

Tokio, 2 dekabr, AZƏRTAC 

İndoneziyanın qərbində Şimali Sumatra əyalətində mehmanxananın torpaq sürüşməsinin altında qalması nəticəsində azı yeddi nəfər həlak olub, yeddi nəfər isə xəstəxanaya yerləşdirilib.

AZƏRTAC yerli xilasetmə xidmətinə istinadla xəbər verir ki, həmin 14 nəfərin Karo dairəsindəki Daulu kəndində yerləşən mehmanxanada gecələməyə qalan tələbələr olduğu bildirilir.

Hadisə nəticəsində xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib. Onların səhhəti barədə hələlik məlumat verilmir. Səhiyyə işçiləri həlak olanların şəxsiyyətini müəyyən etməyə çalışır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.