DÜNYA


İndoneziyada zəlzələ nəticəsində həlak olanların sayı 1900 nəfəri keçib

Tokio, 8 oktyabr, AZERTAC 

İndoneziyada silsilə zəlzələlər nəticəsində həlak olanların sayı 1944 nəfərə çatıb, 683 nəfər isə itkin sayılır.

AZƏRTAC İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyinə istinadla xəbər verir ki, hazırda 2549 nəfər xəstəxanalardadır, 152 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.

Agentliyin nümayəndəsi Sutopo Nuqrohonun bildirdiyinə görə, Mərkəzi Sulavesi əyalətində axtarış-xilasetmə əməliyyatlarının oktyabrın 11-də başa çatdırılması nəzərdə tutulur. Lakin əməliyyatların daha üç gün davam etdiriləcəyi də mümkündür.

Silsilə zəlzələlər və sunami nəticəsində 62 min indoneziyalı öz evlərini tərk etmək məcburiyyətində qalıb. Hazırda onların 147 təxliyə mərkəzində müvəqqəti olaraq yerləşdirildiyi bildirilir.

Xatırladaq ki, sentyabrın 28-də İndoneziyada 7,4 bal gücündə baş verən zəlzələdən sonra 360 afterşok qeydə alınıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.