DÜNYA


İndoneziyada zəlzələ nəticəsində həlak olanların sayı 380-ni ötüb

Tokio, 12 avqust, AZƏRTAC 

İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 387 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyi (BNPB) məlumat yayıb.

Əvvəllər 347 nəfərin həlak olduğu bildirilmişdi.

Agentliyin məlumatına görə, dağılmış binalar altında və torpaq sürüşmələri baş verən ərazilərdə həlak olanlar tam aşkar edilmədiyindən qurbanların sayı daha çox ola bilər. Eyni zamanda, yerli hakimiyyət orqanları tərəfindən ölüm halları barədə tam məlumatların verilmədiyi də istisna edilmir.

BNPB-nin məlumatına görə, zəlzələ nəticəsində 13 min nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 387 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, ötən həftə İndoneziyanın Lombok adası yaxınlığında güclü silsilə zəlzələlər baş verib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.