DÜNYA


İndoneziyada zəlzələ qurbanlarının sayı 1650 nəfərə çatıb

Bakı, 6 oktyabr, AZIRTAC

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1650 nəfərə çatıb, 563 nəfər isə itkin düşüb. “Detik” xəbər portalının yaydığı məlumata görə, bu rəqəmi ölkənin siyasi, ədliyyə və təhlükəsizlik məsələləri üzrə nazir-əlaqələndirici Viranto açıqlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Viranto həlak olanların hamısının şəxsiyyətinin müəyyən edilmədiyini söyləyib. Etiraf edib ki, infeksion xəstəliklərin yayılmasına yol verməmək məqsədilə ölənlər təcili dəfn edilməlidir

Xatırladaq ki, sentyabrın 28-də İndoneziyada 7,4 bal gücündə zəlzələ baş verib, 360-dan çox afterşok qeydə alınıb. Güclü yeraltı təkanlar sunamilərin meydana gəlməsinə gətirib çıxarıb, dalğanın hündürlüyü 5-7 metr olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.