DÜNYA


İndoneziyada zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1558 nəfərə çatıb

Tokio, 5 oktyabr, AZƏRTAC 

İndoneziyada zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1558 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, yeni məlumat Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Agentliyinin (BNPB) “Twitter” sosial şəbəkəsindəki infoqrafika cədvəlində yerləşdirilib. Təbii fəlakət nəticəsində 2,5 min nəfər xəsarət alıb, 113 nəfər itkin düşüb, 150-dən çoxu isə dağıntılar altında qalıb.

İndoneziyada baş verən silsilə zəlzələ və sunamidən sonra ölkədə fövqəladə vəziyyət tətbiq olunub. Hakimiyyət orqanları fəlakətin nəticələrini aradan qaldırmaq üçün 560 milyard rupi ( təqribən 37,6 milyon dollar) vəsait ayırmaq niyyətindədir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.