DÜNYA


İndoneziyada zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1763-ə çatıb

Bakı, 7 oktyabr, AZƏRTAC

İndoneziyada baş vermiş zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1763 nəfərə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İndoneziyanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarəsi məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,4 bal gücündə zəlzələ və sonrakı iki sutka ərzində 170-ə yaxın yeraltı təkan baş verib. Zəlzələdən sonra Palu şəhərini iki metr hündürlüyündə sunami vurub. Ölənlərin sayının artacağı istisna olunmur.

İndoneziya Sakit okean odlu dairəsi adlandırılan güclü tektonik qırılma zonasının bir hissəsidir. Yer kürəsinin bu rayonunda ən aktiv tektonik plitələr yerləşir. Onlardan biri ildə səkkiz santimetr sürətlə irəliləyir. Seysmoloqlar hər il burada maqnitudası 4 baldan yuxarı olan 6-7 min zəlzələ qeydə alırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.