DÜNYA
İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 2091 nəfərə çatıb
Bakı, 14 oktyabr, AZƏRTAC
İndoneziyanın Sulavesi adasında sentyabrın 28-də baş vermiş dağıdıcı zəlzələ və sunami nəticəsində həlak olanların sayı 2091 nəfərə çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə bazar günü Detik informasiya portalı məlumat yayıb. Mərkəzi Sulavesi əyalətinin rəsmi nümayəndəsinin sözlərinə görə, genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının oktyabrın 12-də başa çatmasına baxmayaraq, dağıntıların təmizlənməsi prosesində xilasedicilər cəsədlər aşkarlayırlar.
Təbii fəlakət nəticəsində yaralananların ümumi sayı isə 10,6 min nəfərdən çoxdur. Onların 2,6 mindən çoxunun vəziyyəti ağır qiymətləndirilir. Bununla yanaşı, 680-dən çox insanın da itkin düşdüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]
Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər
- 24.04.2024 [11:27]
Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır
- 24.04.2024 [11:17]
Filippində istidən altı nəfər ölüb
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]