ELM VƏ TƏHSİL


İndoneziyalı tədqiqatçı Azərbaycan İlahiyyat İnstitutunda dərslərdə və seminarlarda iştirak edəcək

Bakı, 1 dekabr, AZƏRTAC 

İndoneziyalı tədqiqatçı öz sahəsində təcrübəsini mükəmməlləşdirmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) dərslərdə və seminarlarda iştirak edəcək.

Bu barədə İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani və Dərüssəlam İslami Təhsil İnstitutunun məzunu Sultan Zəkəriyyə ilə Aİİ-də keçirilən görüşdə məlumat verilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Ceyhun Məmmədov ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksək səviyyədə olduğundan məmnunluğunu ifadə edib. C.Məmmədov ölkəmizdə yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kursu uğurla davam etdirdiyini diqqətə çatdırıb. Rektor Aİİ-nin dünyanın qabaqcıl universitetləri ilə əlaqələrin qurulmasına önəm verdiyini bildirib.

Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən Hüsnan Bəy Fanani ölkəsinin ali dini təhsil müəssisələri haqqında məlumat verib. Dini təhsil sahəsində İndoneziya və Azərbaycanın birgə əməkdaşlığının hər iki ölkə üçün faydalı olacağı vurğulanıb.

Sultan Zəkəriyyə müqayisəli dinlər tarixi sahəsində Aİİ-də tədrislə maraqlandığını deyib. İndoneziyalı tədqiqatçı Aİİ-də dərslərin bu sahədə dünya miqyaslı mütəxəssislər tərəfindən tədris edilməsindən razılığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.