İDMAN


İndoneziyalı turist: Möhtəşəm Bakı Olimpiya Stadionunda futbol həyəcanına şahidlik etməkdən böyük zövq aldım

Bakı, 14 iyun, AZƏRTAC

Futbol üzrə Avropa çempionatının oyunlarının Bakıda təşkil olunması mühüm hadisədir. Möhtəşəm Bakı Olimpiya Stadionunda futbol həyəcanına şahidlik etməkdən böyük zövq aldım. Bakıda futbol həyəcanını təkcə stadionda deyil, şəhərin hər bir səmtində hiss etmək, yaşamaq mümkündür. Bakı bu çempionata çox gözəl hazırlaşıb.

Bu sözləri “Avro-2020”nin Bakıdakı oyunlarını izləmək üçün ölkəmizə gələn indoneziyalı futbol azarkeşi İfan Rifai AZƏRTAC-a müsahibəsində deyib.

Fransa yığmasının azarkeşi olduğunu qeyd edən turist deyib: “Ümid edirəm ki, Fransa millisi qitə birinciliyinin finalına vəsiqə qazanacaq. Çox istərdim, Bakıda keçiriləcək dörddəbir final oyununda Fransa yığması iştirak etsin. Ümumiyyətlə, çempionat ərzində bizi maraqlı oyunlar gözləyir. Bakıda keçirilən qarşılaşmalarda Türkiyə millisinin inamla çıxış edərək növbəti mərhələyə yüksələcəyinə inanıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.