SİYASƏT


İndoneziyanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini təqdim edib

Bakı, 11 aprel, AZƏRTAC

İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Hüsnan Bəy Fanani etimadnaməsinin surətini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Azərbaycan və İndoneziya arasında siyasi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunaraq, iqtisadi-ticarət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyi qeyd edilib.

Səfir Hüsnan Bəy Fanani diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Hüsnan Bəy Fananiyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.