DÜNYA
İndoneziyanın Bali adasında zəlzələ nəticəsində həyatını itirənlər var
Tokio, 16 oktyabr, AZƏRTAC
İndoneziyanın Bali adasında baş verən zəlzələ nəticəsində azı üç nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb.
AZƏRTAC ABŞ Geoloji Xidmətinin məlumatına istinadla xəbər verir ki, şənbə gününə keçən gecə baş verən zəlzələnin gücü 4,8 bal olub. Yeraltı təkanların episentri Denpasar şəhəri yaxınlığında, ocağı 10 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan edilməyib.
Təbii Fəlakətlərə Qarşı Mübarizə Agentliyinin Bali adası üzrə operativ qərargahının rəhbəri Banqli dairəsində iki, Karanqasemdə isə bir nəfərin həyatını itirdiyini bildirib. Onun sözlərinə görə daha yeddi nəfər xəsarət alıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]