DÜNYA


İndoneziyanın “Lion Air” şirkətinin qəzaya uğramış təyyarəsinin “qara qutu”su tapılıb

Tokio, 14 yanvar, AZƏRTAC

İndoneziyanın “Lion Air” şirkətinin Yava dənizində qəzaya uğramış təyyarəsinin danışıqlar üzrə “qara qutu”su tapılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın Nəqliyyatda Təhlükəsizliyin Təmin Olunması Komitəsi sədrinin müavini Hario Satmiko bildirib.

H.Satmiko deyib: “Onu tapıblar. Lakin biz hələlik onun harada olduğu barədə məlumat almamışıq”.

Xatırladaq ki, “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max 8” sərnişin təyyarəsi oktyabrın 29-da havaya qalxdıqdan 13 dəqiqə sonra Yava dənizinə düşüb. Göyərtədə olan 189 nəfərin hamısı həlak olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.