ELM VƏ TƏHSİL


İndoneziyanın Nümayəndələr Palatasının üzvləri Azərbaycan Dillər Universitetində olublar

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya Respublikasının Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüş keçirilib. Tədbir İndoneziya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani, İndoneziya Araşdırmalar Mərkəzinin müdiri Laura Zərbəliyeva, eyni zamanda, beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.

Tədbirdə ölkələrarası əlaqələrin inkişafına dair müzakirələr aparılıb. Nümayəndələr ADU-da İndoneziya dilinin tədris edilməsinin təqdirəlayiq hal olduğunu söyləyiblər.

İndoneziya Araşdırmalar Mərkəzindəki kitablar və mədəniyyət nümunələri ilə yaxından tanış olan qonaqlar mərkəzin fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.