DÜNYA


İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub

Tokio, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Abepura şəhərindən 162 kilometr cənubda, ocağının isə 80 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.