DÜNYA


İndoneziyanın Sulavesi adasında vulkan püskürüb

Tokio, 3 oktyabr, AZERTAC 

Oktyabrın 3-də yerli vaxtla səhər saat 8:47 dəqiqədə İndoneziyanın Sulavesi adasının şimalında yerləşən Soputano dağında vulkan püskürməsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, adada yerləşən vulkanlardan birinin püskürməsi nəticəsində kül buludu təqribən 4 kilometr yüksəkliyə qalxıb.

Hələlik dağıntılar və itkilər barədə məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.