İDMAN


İndoneziyanın gələcək paytaxtı Nusantara 2036-cı il Olimpiadasına ev sahibliyi edə bilər

Bakı, 9 avqust, AZƏRTAC

İndoneziya 2036-cı il yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün iddialı olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Inside the games” portalı İndoneziya Milli Olimpiya Komitəsinə istinadla məlumat yayıb.

İndoneziya 2032-ci il Olimpiadasına ev sahibliyi etmək hüququ uğrunda mübarizə aparsa da, Avstraliyanın Brisbeninə məğlub olub. Portalın məlumatına görə, Oyunların Nusantarada keçirilməsi üçün ərizə vermək ideyası artıq prezident Coko Vidodo tərəfindən təsdiqlənib və hökumət yeni paytaxtda bütün tələblərə cavab verəcək idman infrastrukturu qurmağı öhdəsinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.