İDMAN


“İndyCar” seriyasının yeni mövsümünə Meksikada start verilib

Bakı, 11 mart, AZƏRTAC

“İndyCar” seriyasından avtomobil yürüşü yarışlarının yeni mövsümünə Meksikanın Sent-Pitersberq şəhərində start verilib.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Team Penska” komandasının sürücüsü Cozef Nyuqarden ilk mərhələnin qalibi olub. Finiş xəttini ikinci “Chip Ganassi Racing”dən Skott Dikson keçib. İlk üçlüyü “Team Penska” komandasından Uill Pauer tamamlayıb.

“İndyCar” yarışlarında debüt edən keçmiş Formula 1 pilotu Markus Eriksson isə yarışı başa vura bilməyib.

Qeyd edək ki, növbəti yarış martın 24-də ABŞ-da təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.