İDMAN


İnfantinonu FIFA prezidentliyinə seçkidə 196 milli federasiya dəstəkləyəcək

Bakı, 4 fevral, AZƏRTAC

FIFA-nın hazırkı prezidenti Canni İnfantino rəhbər posta növbəti seçkilər üçün quruma üzv olan 196 milli federasiyadan dəstək alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Canni İnfantinonun bu seçkilərdə yeganə rəqibi İsveçrə millisinin və İngiltərənin “Tottenhem” klubunun sabiq futbolçusu Ramon Veqadı. Onun FIFA-nın işindən narazı olan federasiyaların dəstəyini qazanmağa çalışdığı bildirilir.

FIFA prezidentliyinə namizədliyin irəli sürülməsi üçün son tarix fevralın 5-dir. Rəhbər posta seçki iyunun 5-də Fransanın paytaxtı Parisdə qurumun Konqresi çərçivəsində keçiriləcək.

Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralından FIFA-ya başçılıq edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.