CƏMİYYƏT


İnfeksionist: Mövsümi infeksiyaların öhdəsindən qoruyucu tədbirlərə laqeyd qalmamaqla gələ bilərik

İnfeksionist: Mövsümi infeksiyaların öhdəsindən qoruyucu tədbirlərə laqeyd qalmamaqla gələ bilərik

Bakı, 5 dekabr, AZƏRTAC

Hazırda Azərbaycanda əhali arasında hərarətin yüksəlməsi, boğaz ağrısı, öskürək, burun tutulması və digər əlamətlər ilə müşayiət olunan kəskin respirator virus infeksiyasının əlamətləri qeyd olunur. Bu kimi simptomları olan şəxslərdən götürülən yaxmalarda arabir koronavirus infeksiyası da aşkarlanır ki, bu da rəsmi statistikada öz əksini tapır.

Bunu ölkədə qrip və respirator virus infeksiyası ilə bağlı AZƏRTAC-ın sualını cavablandıran Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

“İndiyənədək bu müayinələrdə qrip virusu aşkarlanmayıb. Koronavirusdan fərqli olaraq bütün bu tip infeksiyalar üçün kiçik yaşlı uşaqlar risk qrupu sayılır. Bundan başqa yaşlı insanlar, müxtəlif ağır xroniki xəstəliyi olanlar, hamilə qadınlar və immun sistemində çatışmazlıq olan şəxslər bu infeksiyalara tutulduqda onu ağır və fəsadlı keçirə bilər. Bu mövsümi kəskin respirator virus infeksiyalarından qorunma tədbirləri eynidir və bu qaydalara yalnız hamılıqla riayət etdikdə effekt verir. Beləliklə, üzümüzə gələn qış fəslində bu qoruyucu tədbirlərə laqeyd qalmamaqla öz məsuliyyətimizi anlayaraq müvəqqəti çətinliklərin öhdəsindən gələ bilərik”, - deyə mütəxəssis bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.