CƏMİYYƏT


İnfeksiyalara qarşı dözümlü bildirçin yumurtası

Bakı, 15 noyabr, AZƏRTAC

Toyuq yumurtasından üç-dörd qat daha yüksək qida dəyərinə malik bildirçin yumurtası kiçik ölçülü olmasına baxmayaraq, vitamin və minerallarla zəngindir. Onun mütəmadi istehlakı müəyyən xəstəliklərin profilaktikasında müsbət rol oynayır. Həmin yumurtanın istehlakı orqanizmdə hər hansı bir diatez və allergik əlamətlərə səbəb olmur.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, bildirçin quşunun bədən hərarəti həmişə 42 dərəcə C olduğundan müxtəlif infeksiyalara qarşı dözümlüdür və yeganə quşdur ki, patogen mikroorqanizm olan Salmonella virusuna yoluxmur. Ona görə də ondan çiy halda da istifadə etmək olar.

D vitamini ilə zəngin olan yumurta sümüklərin kövrəkliyinin qarşısını alaraq onları gücləndirir. Tərkibində mövcud olan A vitamini isə görmə və göz sağlamlığının qorunmasında olduqca müsbət təsirə malikdir. Bu, kataraktanın inkişafının qarşısını almağa kömək edərək görmə qabiliyyətini yaxşılaşdırır. Tərkibindəki B qrup vitaminləri hormonal və fermentativ funksiyalar da daxil olmaqla bədəndəki bütün metobolik aktivliyin sürətləndirilməsində böyük rol oynayır. Bildirçin yumurtasının tərkibində A və C vitaminləri sərbəst radikalları zərərsizləşdirməklə insan sağlamlığını qorumağa kömək edir.

Bildirçin yumurtaları qırmızı qan hüceyrələrinin əmələ gəlməsində xüsusi rola malik dəmirlə zəngin olduğundan qan azlığının və anemiyanın qarşısını alaraq xəstəliyə tutulma riskini minimuma endirir.

Antiallergik məhsul hesab edildiyindən allergiyadan əziyyət çəkənlərin bildirçin yumurtası istehlakı tövsiyə edilir. O, toyuq yumurtaları ilə müqayisədə kaliumla daha çox zəngindir. Qan təzyiqini normaya salaraq damarların genişlənməsinə səbəb olur və bunun nəticəsində stress və gərginlik aradan qalxır. Yumurtanın tərkibində olan fosfor isə zehnin inkişafını stimullaşdırır, yaddaşı yaxşılaşdırır. Xüsusilə uşaq və yeniyetmələrin inkişafında vacib qidadır. Bildirçin yumurtası həm də böyrək, qaraciyər, öd kisəsinin düzgün fəaliyyətini təmin edən faydalı qidalardandır. Tərkibindəki lesitin vasitəsilə daşların böyüməsinin qarşısını alır, onların parçalanmasına kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.