Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İnfeksiyaya yoluxmamağın və sağlam həyata dönməyin yeganə yolu pandemiya dövrünün qaydalarına uyğun yaşamaqdır

İnfeksiyaya yoluxmamağın və sağlam həyata dönməyin yeganə yolu pandemiya dövrünün qaydalarına uyğun yaşamaqdır

Bakı, 14 sentyabr, AZƏRTAC

Doqquz aydır ki, dünya narahatlıq içində çırpınır. Bu narahatlıq ötən ilin dekabrında Çinin Hubey əyalətində aşkara çıxarılan və insanlığa qənim kəsilən yeni növ koronavirusla (COVID-19) əlaqədardır. O vaxtdan bəri dünya alimləri, həkimlər, mütəxəssislər bu dəhşətli bəlaya qarşı mübarizə aparsalar da, hələlik onun qarşısını alan peyvənd və müalicə üsulu tapılmayıb.

AZƏRTAC xəbər verir ki, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri Sveta Rəfiyeva COVID-19-a qarşı ölkəmizdə aparılan mübarizə tədbirləri barədə danışaraq deyib: “Qorxunc bəlaya qarşı bu ilin əvvəllərindən başlayaraq Azərbaycanda da qabaqlayıcı və ardıcıl tədbirlər görülməyə başladı. Elə həmin tədbirlər nəticəsində digər dünya ölkələri ilə müqayisədə Azərbaycanda bu infeksiya o qədər də tüğyan eləmədi. Düzdü, yayın əvvəllərində yoluxmanın dinamikasında nəzərəçarpacaq artım dalğası müşahidə edilməyə başladı. Lakin vaxtında görülən tədbirlər, karantin rejiminin epidemioloji vəziyyətə uyğun olaraq sərtləşdirilməsi işin xeyrinə oldu. Artıq bir aydan artıqdır ki, yoluxmanın dinamikasında müəyyən stabillik yaranıb, sağalanlarla yoluxanlar arasında çox ciddi fərq olmur. Buna görə də karantin rejimində növbəti yumşalmalar tətbiq edilib. Təəssüf ki, yumşalma tədbirini bəzi vətəndaşlar hər şeyin bitdiyi kimi qəbul edərək heç bir təhlükə yoxmuş kimi hərəkət edirlər. Bu, çox böyük yanlışlıq və sosial məsuliyyət hissinin itirilməsidir.

Məşhur Amerika fiziki Con Maksvellin belə bir ifadəsi var: “Dünyada ən çətin iş ən asan olanıdır, lakin zamanında sən onu etmədin”. Həqiqətən lazım olan vaxtda lazım olan işi görmək hər sahədə olduğu kimi, burada da özünü doğrudur. İndiki halda vətəndaşlardan tələb olunan nədir? Mart ayından bəri dəfələrlə təkrar olunan, ekran və efirlərdə tez-tez xatırladılan, küçələrə, yollara, vitrinlərə vurulan həmin qayda və tələbləri ciddi şəkildə gözləmək, tibbi maska taxmaq, gigiyenik qaydalara əməl etmək və sosial məsafə saxlamaq infeksiyadan qorunmağın ən sadə və ən səmərəli yoludur”.

İctimai Birliyin sədrinin dediyinə görə, son vaxtlar karantin rejimində yumşaldılmalar tətbiq edilən bir sıra ölkələrdə yoluxmaların artması halları baş verdiyindən həmin ölkələrdə yenidən qaydalar sərtləşdirilir. Məsələn, Almaniya, Fransa, Çexiya, İsrail, Gürcüstan və bir sıra digər ölkələrdə yenidən məhdudiyyətlərin tətbiq olunmasına başlanılıb. Onun dediyinə görə, hazırda ölkəmizdə yoluxmalar nəzarət altında olsa da, bu sahədə edilən xəbərdarlıqların bəzən düzgün qarşılanmaması narahatlıq doğurur: “Payız-qış mövsümü müxtəlif respirator xəstəliklərin fəallaşdığı dövr hesab olunur. Xeyli fasilədən sonra tədris müəssisələri fəaliyyətə başlayır, iri ticarət müəssisələrindən başqa digər müəssisələr qapılarını açır. Həyatın normal məcraya qayıtması üçün həmin yumşalma tədbirlərindən sonra da karantin qaydalarına uyğun yaşamaq tələb olunur. Təəssüf ki, bəzən həkim və mütəxəssislərin bu sahədəki xəbərdarlığı düzgün anlaşılmır. Sağlamlıq keşikçiləri pandemiyanın davam etdiyi müddətdə bir an da olsun məsuliyyət hissini itirməməyi, qaydalara ciddi şəkildə əməl etməyi məsləhət görəndə bunu əhalini qorxutmaq, boş yerə narahatlıq yaratmaq kimi başa düşürlər. Unutmaq lazım deyil ki, həkimlərin bir vəzifəsi də əhalini maarifləndirmək, profilaktika işi aparmaqdır. El arasında belə bir söz var: “Topuğuna çıxan sudan qorx”. İndi axı hamı COVID-19-un yaratdığı təhlükəni, onun doğurduğu problemləri görür, bütün dünya bu gözə görünməyən düşmənlə mübarizə aparır, dəhşətli xəstəlik can almaqda davam edir. Həkimlər də ona görə bu barədə həyəcan təbili çalaraq xəbərdarlıq edirlər ki, xəstəliyin geniş vüsət almasının qarşısı alınsın, qaydalara əməl olunmaqla yayılma ehtimalı minimuma ensin. Hələ bu qədər gecə-gündüz təbliğat aparılır, hələ bu qədər xəbərdarlıq edilir, yenə də sosial məsuliyyət hissini, sayıqlığını itirənlərlə rastlaşırıq. İndi təsəvvür edin ki, bu xəbərdarlıqları, xatırlatmaları edilməsə nə olar? Əksinə, belə xatırlatmalar davamlı olaraq edilməlidir ki, pandemiya dövrünün qaydaları hamının yadında olsun və ona ciddi əməl olunsun. Artıq uşaqdan böyüyə hamı üçün aksiomaya çevrilməlidr ki, infeksiyaya yoluxmamağın və sağlam həyata dönməyin yeganə yolu həmin qaydalara uyğun yaşamaqdan, özümüzü və ətrafdakıları bu bəşəri bəlanın fəsadlarından qorumaqdan ibarətdir. İkinci dalğanın baş verib-verməsi və yaxud baş verdiyi təqdirdə daha az itkilərlə sovuşması yenə də bizim hər birimizdən asılıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib